Sosial Şəbəkələr və Biz

Internet və Sosial Şəbəkələr. Bu terminlər həyatımıza daxil olduqdan sonra həyatımız bir xeyli dəyişdi. Müasir Dövrümüzü internetsiz təsəvvür etmək qeyri mümkündür.

  • Bəs Sosial Şəbəkə Nədir?

Əgər Bir Zamanlar Hər Hansısa Məlumatı insanlara çatdırmaq üçün elan və ya reklamlardan istifadə edirdiksə, indi bunu bir postla Sosial Şəbəkələrdə Paylaşa Bilərik. Sosial Şəbəkələrdə yazarlar, bloqqerlər, jurnalistlər öz yazılarını çox rahat şəkildə oxucularına təqdim edə bilərlər.

  • Sosial Şəbəkələrdən düzgün istifadə edirikmi?

Hal-Hazirda Azərbaycan gənclərinin demək olar ki, hamısı Sosial Şəbəkələrdən istifadə edir. Kimisi faydalı, kimisi faydasız. Kimisi öz işlərini görmək üçün, kimisi sadəcə vaxt keçirmək üçün.

Sosial Şəbəkələrdən yalnız əyləncə, ünsiyyət qurmaq üçün istifadə etmək düzgün deyil. Sosial Şəbəkə təkcə çat-tanışlıq demək deyil. Bu həmdə maraqlı paylaşım, müzakirə və informasiya deməkdir…

Sosial Şəbəkələrdə maraqlı paylaşımlar edən istifadəçiləri izləmək və maraqlı gördüyün her şeyi paylaşmaq lazımdır…

Hər bir yeniliyin həm mənfi, həm də müsbət cəhətləri var və biz gənclər bu yeniliklərdən düzgün istifadə etsək bu həm özümüzə, həm də cəmiyyətə yararli olar…

  • Sonda Qeyd Etmək istərdim ki, bu mənim Bloqumun ilk postu idi 🙂
  • Oxudugunuz üçün təşəkkürlər…!